Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Zukerberq: ““Facebook”da “dislike” düyməsi olmayacaq”


“Facebook” şirkətinin yaradıcısı və icraçı direktoru Mark Zukerberq sosial şəbəkənin ünsiyyət alətləri arasında “dislike” düyməsinin yaradılmasına qarşı çıxıb. O, bu haqda şirkətin Menlo-Park şəhərində yerləşən qərargahında mətbuat üçün açıqlama verib.
 
“Bir çoxları “dislike” düyməsinin yaradılmasını zəruri hesab etsə dəbiz bu haqda düşündük və qərara gəldik ki, belə düymə yaradılmayacaq. Mən düşünmürəm ki, “dislike” düyməsi hansısa əhəmiyyət kəsb edir və ya sosial şəbəkə cəmiyyətinə fayda gətirəcək. Siz istənilən postun altında şərh yaza bilərsiniz" –deyə Zukerberq fikrini əsaslandırıb.
 
Məlumat üçün bildirək ki, “Facebook” dünyanın 190,3 milyard kapitallaşmaya malik ən böyük sosial şəbəkəsidir. Aylıq auditoriyası 1,19 milyard istifadəçi təşkil edir. 2013-cü ilin nəticəsinə görə, sosial şəbəkənin mədaxili 7,87, xalis mənfəəti isə 1,5 milyard dollar olub.

Emil Hüseynov




12/12/14    Çap et