Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Stüardessalara 23 min “iPhone” paylanılacaq
ABŞ-ın “United Airlines” aviaşirkəti öz bort baxıcılarını “Apple”ın yeni cihazları ilə təmin etməyi planlaşdırır. İşçilərə 5.5 düym diaqonallı ekrana malik “iPhone 6 Plus” smartfonu təqdim olunacaq.
Şirkətin nümayəndələri bildiriblər ki, “iPhone 6 Plus” smartfonu uçuş zamanı xidməti yaxşılaşdıracaq və sərnişinlərin rahatlığını artıracaq. Bundan başqa, bu cihaz stüardessalara təhlükəsizlik texnikası qaydalarına riayət etməyə imkan verəcək.
"ICTnews" elektron xəbər xidməti “dni.ru” saytına istinadən bildirir ki, smartfonlar sərnişinlər haqda informasiyanın əldə olunması, korporativ poçta giriş, həmçinin elektron formada təlimatların oxunmasında istifadə ediləcək. "Biz şadıq, “iPhone 6 Plus” uçuş zamanı daha yüksək səviyyədə xidmət təmininə və vacib məlumata sürətli çıxışa imkan verəcək" – “United Airlines”in baş vitse-prezidenti söyləyib.
Emil Hüseynov
12/12/14 Çap et