Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Dilmanc” yeni nəsil intellektual texnologiyaların yaradılması üçün mütəxəssis axtarır
“Dilmanc” layihəsinə yeni nəsil intellektual texnologiyaların yaradılması üçün riyaziyyat sahəsində elmi tədqiqatçılar tələb olunur.
Layihə qrupundan verilən məlumata görə, bu texnologiyalara kompüter tərəfindən insan nitqinin başa düşülərək ona cavab verilməsi, şifahi nitqin başqa dilə avtomatik tərcüməsi, böyük həcmli verilənlərin (Big Data) emalı və digər sistemlər daxildir.
“Dilmanc” layihəsində elmi tədqiqatçılar bu texnologiyaların riyazi nəzəriyyəsini araşdırır və onların yaradılmasında proqramçılarla birgə iştirak edirlər.
CAHANGİR
12/12/14 Çap et