“AzEvroTel” yeni billing sistemi tətbiq edib
“AzEvroTel” dövlət şirkəti müştərilərinin artan tələblərinə cavab vermək məqsədi ilə yeni billing sistemi tətbiq edib.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, artıq “AzEvroTel”in müştəriləri telefon, internet və İPTV xidmətləri üzrə ödənişləri
e-səhifəsi vasitəsilə həyata keçirə bilərlər.
Bunun üçün onlar qeyd edilən saytda hesab nömrəsini, telefon nömrəsini və ödəniş növünü göstərməlidirlər.
Aynur Vəliyeva