Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter”in həmtəsisçisi: “Instagram”ın auditoriyasının sürətlə artması məni həyəcanlandırmır”


“Twitter”in həmtəsisçisi Evan Uilyams “Fortune” jurnalına müsahibəsində deyib ki, “Instagram”ın auditoriyasının artması onu həyəcanlandırmır, çünki “Twitter” mikrobloqlar xidməti daha çox pul qazanır və dünyaya daha güclü təsirə malikdir.

"ICTnews" elektron xəbər xidməti bildirir ki, bu yaxınlarda mediada dərc olunmuş məlumata əsasən, “Instagram”ın auditoriyası aylıq 300 milyon aktiv istifadəçiyədək artıb. Son rəsmi məlumatlara görə, “Twitter”in aylıq aktiv auditoriyası 284 milyon istifadəçidən ibarətdir.
 
“Nə üçün biz yalnız istifadəçilər haqda danışırıq? “Instagram”la müqayisədə “Twitter”in dünyaya təsiri daha güclüdür. Bu, real vaxt rejimində məlumat şəbəkəsi deməkdir. “Twitter”də mühüm xəbərlər açıqlanır və dünya liderləri müzakirələr aparırlar” – deyə Uilyams fikrini əsaslandırıb.
 
Məlumat üçün bildirək ki, “Instagram” xidməti 2012-ci ildə “Facebook” şirkəti tərəfindən 1 milyard dollara satın alınıb.
“Twitter”in kapitallaşması hazırda  təxminən 23 milyard dollar olsa da, şirkət zərərlə işləyir.
 
Emil Hüseynov




13/12/14    Çap et