Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” şirkəti “iPhone 7” üçün prosessor istehsalına başlayıb
“Samsung” şirkəti növbəti nəsil “Apple” smartfonları üçün “Apple A9” prosessorlarının istehsalına başlayıb. Bu haqda Koreyanın “ET News” nəşri yazıb.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sözügedən çiplər “Samsung”un Ostində (ABŞ) yerləşən fabrikində hazırlanacaq. Qeyd edək ki, bu, yarımkeçiricilərin istehsalı üzrə ən qabaqcıl fabriklərdən biridir.
“Apple” və onun tədarükçüləri ənənəvi olaraq əməkdaşlıq məsələlərini şərh etmir, buna görə də bütün informasiya sənayedəki mənbələrdən əldə edilir.
Elə “Samsung” şirkəti də yalnız cari ilin sonunda 14 nanometrlik “FinFET” texnoloji prosesi üzrə istehsal planını təsdiqləyib, amma hansı prosessora sifariş aldığı haqda məlumat verməyib.
Emil Hüseynov
15/12/14 Çap et