Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sony” şirkəti “ağıllı” qıfıl istehsal edəcək
Son zamanlar Yaponiyanın "Sony" şirkəti itkilərlə üzləşib. Buna görə şirkət diqqətini innovativ məhsullar istehsalına yönəldib.
Belə ki, "Sony" korporasiyası "ağıllı" "Qrio" qıfılının istehsalına başlamaq üçün pul toplama kampaniyasına başlayıb. Yaponiya şirkəti bu yolla öz məhsuluna diqqət cəlb etmək, yenidən innovativ şirkət imicini qazanmaq istəyir. İstifadəçilər bu məhsulu 11250 yena (təxminən 95 dollar) ödəməklə ilkin sifariş edə bilərlər.
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, başqa belə qurğular kimi "Qrio Smart Lock" smartfondan verilmiş əmr üzrə qapını bağlaya və aça bilir. "Sony" öz məhsulunun əsas üstünlüyü kimi yığcam ölçülərini göstərir. Qıfılın rəqəmli açarlarını messencerlərin köməyi ilə dostlara göndərmək olar. Həm də "Sony"nin həlli rəqiblərlə müqayisədə daha ucuz olacaq.
Emil Hüseynov
15/12/14 Çap et