Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın baş prokuroru vətəndaşları ilk dəfə onlayn rejimində qəbul edəcək


Azərbaycanın prokurorluq orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi davam etdirilir.
 
Baş Prokurorluqdan verilən məlumata görə, baş prokuror Zakir Qaralov vətəndaşları ilk dəfə onlayn rejimində qəbul edəcək.
 
Belə ki, baş prokuror dekabrın 19-da saat 10:00-da canlı bağlantı ilə Lənkəran, Astara və Lerik rayonlarında yaşayan vətəndaşların Lənkəran rayon Prokurorluğunun inzibati binasında videokonfrans rejimində qəbulunu keçirəcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Lənkəran şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
 
Vətəndaşlar 18 dekabr 2014-cü il tarixədək yaşadıqları ərazi üzrə rayon və şəhər prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə Baxılması İdarəsinin 437-28-79 nömrəli telefonu və “contact@prosecutor.gov.az” elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
 
 
CAHANGİR
 




15/12/14    Çap et