Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
MSK İKT təlimlərinə başladı
Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdan gələn bələdiyyə seçkilərində də informasiya-kommunikasiya texnologiyalarından daha geniş şəkildə istifadə edəcək. Belə ki, “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi daha da təkmilləşdirilib.
MSK-dan verilən məlumata görə, bələdiyyə seçkilərinə hazırlıq məqsədilə bu gündən dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün təlimlərə başlanılıb.
Təlimlərin keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni və daha da təkmilləşdirilmiş imkanları barədə praktik məlumat vermək, əyani formada istifadə qaydalarını öyrətmək, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirməkdir.
Təlimlər çərçivəsində seçki günü məlumatların MSK-ya ötürülməsi üçün hazırlanmış proqram modullardan test rejimində istifadə imkanı yaradılacaq ki, bu da dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə praktik iş təcrübəsi qazanmaq imkanı verəcək və səsvermə günü “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən daha rahat istifadəni təmin edəcək.
Təlimlərin 3 gün davam etməsi və dekabrın 17-də başa çatması nəzərdə tutulur.
SEYMUR
15/12/14 Çap et