Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ildən reklam bazarında internet reklamı liderlik edəcək


“Magna Global” tədqiqat şirkətində çalışan analitiklərin proqnozuna istinadən “Bloomberg” agentliyi yazıb ki, qlobal internet reklam xərcləri növbəti il 15% artacaq və 2019-cu ilə televiziya reklamının xərclərinə bərabər olacaq.


"ICTnews" elektron xəbər xidməti “reklamonstr.com” saytına istinadən bildirir ki, analitiklərin proqnozuna görə, 2015-ci ildə internet reklamının xərcləri 163 milyard dollar təşkil edəcək. 4 il sonra internet reklamının bazar payı 38%-dək artaraq televiziya reklamının xərclərinə bərabər olacaq.
 
Birinciliyi qəzet reklamından ələ keçirmiş televiziya reklamı 1999-cu ildən reklam xidmətləri bazarında liderlik edir. Televiziya reklamı üçün xərclər orta templə artacaq: 2015-ci ildə 3 faiz, 2016-cı ildə 6 faiz.
 
Bu halda 2014-cü ildə internet reklamının ən dinamik seqmenti mobil reklamdan əldə olunan gəlir 72% arta bilər ki, bu da mobil qurğuların populyarlığından xəbər verir.
 
Emil Hüseynov





15/12/14    Çap et