Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Motorola” Hindistan bazarı üçün ucuz “4G” smarfonlarının istehsalına başlayıb


Amerikanın “Motorola” korporasiyası yaxın zamanda hindistanlı smartfon istifadəçilərinə yeni yüksək texnoloji qurğusunu təqdim etməyə hazırlaşır.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, qurğunun texniki imkanları bir az məhdud olsa da, o, “4G” genişzolaqlı məlumat ötürmə funksiyalarını dəstəkləyir.
 
Bu xəbəri Hindistandan işgüzar səfərdən qayıdan “Motorola Mobility”nin rəhbəri Rika Osterloxa bildirib.
 
Belə ki, aparatlar sayəsində “Motorola” bu ölkədə satış həcmlərinə görə üçüncü smartfon istehsalçısı ola bilər.
Hindistan bazarına məhz hansı modellərin təqdim ediləcəyi bilinmir. Lakin ehtimal edilir ki, bu, “Moto E”-nin varislərindən biri olacaq. Bir qurğu “4G/LTE” məlumat ötürmə imkanları ilə yanaşı, 4,5 düym ölçüdə 540x960 piks ölçülü, daha keyfiyyətli ekrana malik olacaq. Qurğunun “Android 5.0 Lollipop” əməliyyat sistemi üzərində işləyəcəyi gözlənilir.
 
Aynur Vəliyeva
 




15/12/14    Çap et