Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” hesabat verib


“Microsoft” korporasiyasının son rüb üzrə göstəriciləri proqram təminatının, məlumatların və əlavə proqramların bulud hostinqi xidmətlərinin satış həcminin artımı fonunda proqnozdan çox olub.
 
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, sentyabrın 30-da başa çatmış hesabat dövründə “Microsoft” tam şəkildə “Nokia”nın biznesini öz strukturuna birləşdirib. Bununla yanaşı, son bir ildə şirkətin “Azure” proqram təminatının satış həcmləri iki dəfə artıb.
“Microsoft”un iyun-sentyabr ayları ərzində gəliri gözlənilən 22 milyarda qarşı 25% artaraq 23,2 milyard dollara çatıb.

Ekspertlərin rəyinə əsasən, yaxın iki rüb ərzində “Microsoft”un bulud biznesi daha da genişlənəcək.

“Microsoft” hesabatının daha bir maraqlı tendensiyası “Surface” planşetləri ilə bağlı olub. Onların satışından əldə edilən gəlirlərin həcmi 908 milyon dollar təşkil edib.
 
Rüblük hesabat nəşr edildikdən sonra “Microsoft” səhmlərinin qiyməti 4,6% artaraq 45,02 dollar təşkil edib. Məlumat üçün bildirək ki, son bir ildə isə şirkətin səhmlərinin qiyməti ümumilikdə 20% artıb.
 

“Microsoft”un hesabat dövründə xalis gəlir həcmi 4,54 milyard dollar və ya hər bir səhmə görə 54 sent təşkil edib.
Şirkətin icraçı direktoru Satya Nadellanın sözlərinə görə, “Nokia”nı 5,44 milyard avroya satın aldıqdan sonra, aktiv olaraq xərcləri azaldıblar.
 
Şirkətin istehsal etdiyi smartfonların satış həcmləri isə 2,1 milyard dollara qarşı 2,61 milyard dollar təşkil edib.
 
Aynur Vəliyeva




15/12/14    Çap et