Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın İKT sektorunda 1,5 milyard manatlıq xidmət göstərilib
Azərbaycanın informasiya və rabitə sektorunda bu ilin yanvar-noyabr aylarında təsərrüfat subyektlərinə və əhaliyə 1,5 milyard manatlıq xidmət göstərilib.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin müqayisəli qiymətlərlə həcmi 14,2 faiz artıb.
Ölkədə əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,5 faiz təşkil edib.
Aynur Vəliyeva
16/12/14 Çap et