Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ikinci qrant müsabiqəsinin nəticələrini yanvarda elan edəcək


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ikinci qrant müsabiqəsinə təqdim edilən layihələrin ekspertizasına davam edir.

Fonddan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, gələn il yanvarın  birinci yarısında ekspertizanın nəticələri açıqlanacaq.

Xatırladaq ki,  ikinci qrant müsabiqəsinin mövzusu innovativ İKT xidmətlərinin və məhsullarının, o cümlədən tətbiq sahələri: e-ticarət, e-xidmətlər, mobil həllər, istehsalyönümlü yeni məhsullar və texnologiyalar, xidmətlərin hazırlanmasıdır.

 
Aynur Vəliyeva 





16/12/14    Çap et