Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” istifadəçiləri virusa "yolux"du
"Facebook" sosial şəbəkəsinin istifadəçiləri kütləvi virusa "yoluxub". Bu barədə müxtəlif forum və sosial şəbəkələrdə istiafəçilər məlumat verib. Məlumata əsasən, bu gün istifadəçilərin sosial şəbəkə hesabına bağlanmış elektron poçt qutusuna və sosial şəbəkədəki şəxsi mesaj bölməsinə virusa yoluxmuş məktublar göndərilib.
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, məktub istifadəçinin "Facebook" tanışlarından biri tərəfindən yerləşdirilmiş fotoşəklə istinaddan ibarətdir.
Ancaq istinada keçid etdikdə başqa istinad açılır, sonuncu isə videoçarx yerləşdirilmiş səhifəyə yönləndirir.
Videoçarxı izləmək istədikdə istifadəçiyə naməlum proqram quraşdırmaq təklif edilir.
Məsələ ilə bağlı, "Facebook" şirkətindən hələ ki, heç bir açıqlama verilməyib.
Emil Hüseynov
16/12/14 Çap et