Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qafqaz Universitetində yeni araşdırma mərkəzinin yaradılması üzərində işlərə başlanılıb


Azərbaycanın Qafqaz Universitetində yeni araşdırma mərkəzinin yaradılması üzərində işlərə başlanılıb.
 
Qafqaz Universitetinin   kompüter mühəndisliyi fakültəsinin dekanı Abzetdin Adamovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu günlərdə layihənin potensial üzvlərinin və iştirakçı namizədlərinin toplantısı keçirilib.
 
“Biz artıq bir aydır ki, “CeDAWI” layihəsi üzərində işlərə başlamışıq. Bu, azərbaycandilli internet kontentin, məlumatların monitorinqini və analizini həyata keçirəcək tətbiqi araşdırma mərkəzi olacaq. Biz bu layihənin həyata keçirilməsinə xarici sərmayədar cəlb etmək niyyətindəyik, çünki bu, yetərincə genişmiqyaslı və çox xərc tələb edən bir layihədir”, - deyə o bildirib.
 
Aynur Vəliyeva




17/12/14    Çap et