Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Instagram” fotoxidməti beş yeni filtr istifadəyə verib
Fotoşəkil və qısa videoçarxların yerləşdirilməsi üçün populyar "Instagram" xidməti məzmunun redaktəsi üçün beş yeni filtr istifadəyə verib.
"Instagram"ın orijinal filtrlər dəsti aşağı keyfiyyətli fotoşəkilləri kompensasiya etmək üçün nəzərdə tutulub.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, yeni filtrlər "Slumber", "Crema", "Ludwig", "Aden" və "Perpetua" adlandırılıb. Bu filtrləri nəzərə aldıqda "Instagram" xidmətində istifadəçiyə 25 filtr dəsti əlçatandır.
Həmçinin istifadəçi indi siyahıdakı filtrlərin sırasını dəyişdirə bilər.
Qeyd edək ki, "Instagram"ın qlobal auditoriyası aylıq 300 milyon istifadəçidən ibarətdir.
Emil Hüseynov
17/12/14 Çap et