Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın ali məktəbi beynəlxalq proqramlaşdırma olimpiadasında təmsil olunub


Gürcüstanın paytaxtı Tbilisi şəhərində “39-cu ACM ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsi və Cənubi Qafqaz Açıq Çempionatı keçirilib.
 
Azərbaycan Texniki Universitetindən (AzTU) verilən məlumata görə, müsabiqədə universitetin tələbələrindən ibarət “AzTU1” komandası iştirak edib.
 
Olimpiadada fəal iştiraklarına görə komandanın rəhbəri, universitetin “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının baş müəllimi Vüqar Hüseynliyə, tələbələrdən Abduxaliq Emçiyev, Tərlan Abdullayev və Orxan Hüseynliyə sertifikat təqdim olunub.
 
CAHANGİR




17/12/14    Çap et