Sierra Leonedə “Ebola” ilə mübarizə aparanlar əməkhaqqını mobil telefonla alacaq
Bu gün BMT İnkişaf Proqramı (UNDP) Sierra Leonedə “Ebola” virusu ilə mübarizə aparan insanların əməkhaqqını mobil telefonlar vasitəsilə alacağını bəyan edib. Söhbət sağlamlıq üçün yüksək riskli işə görə vəsaitin mobil telefonlara və bank kartlarına köçürülməsindən gedir.
UNDP-nin Sierra Leonedəki nümayəndəsi bildirib ki, “Ebola” ilə mübarizədə çətinlik virusa yoluxan insanların izolyasiyası və müalicəsi üçün yaradılan mərkəzlərdə işləmək üçün hazırlıqlı mütəxəssisləri tapmaqdadır.
Bu kontekstdə əməkhaqqının nağd ödənilməsi üsulundan vəsaitin mobil telefon və ya bank kartlarına köçürülməsi üsuluna keçməklə bağlı qərar qəbul edilib. BMT nümayəndələrinin fikrincə, belə sxem əməkhaqqının daha müasir üsulda ödənilməsinə nail olmağa və işçiləri sui-istifadə hallarından qorumağa imkan verəcək. Bu barədə BMT-nin “
www.un.org” saytı yazıb.