Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gələn ildən Azərbaycan "ağıllı” aviasiya bombalarının seriyalı istehsalına başlayacaq
Azərbaycan "ağıllı" aviasiya bombalarının seriyalı istehsalını həyata keçirəcək. Müdafiə Sənayesi Nazirliyi sözügedən prosesə gələn ildən başlamağı planlaşdırır. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən müdafiə sənayesi naziri Yavər Camalov danışıb.
Hazırda həmin "ağıllı" bombaların test mərhələsində olduğunu vurğulayan nazir testin uğurla başa çatacağını və istehsalın nəzərdə tutrulmuş müddətdə gerçəkləşəcəyini bildirib.
Məlumat üçün bildirək ki, idarə olunan aviasiya bombaları "At-unut" prinsipi ilə işləyir. MSN adı çəkilən bombaların nümunələrini sentyabr ayında keçirilən "ADEX-2014" sərgisində nümayiş etdirib.
Nazir Yavər Camalov onu da qeyd edib ki, MSN 2014-cü ildə xarici ölkələrə yüz milyon ABŞ dolları dəyərində ixracat həyata keçirib. Hazırda Özbəkistan, Misir, Malayziya ilə ixracat istiqamətində danışıqların aparıldığını önə çəkən nazir deyib ki, sözügedən danışıqlar gələn ildə reallaşacağı təqdirdə nazirliyin ixracat həcmi bu ilkindən bir neçə dəfə çox olacaq:
"Hazırda MSN müəssisələrində yeni məhsulların yaradılması və istehsalı istiqamətində işlər aparılır. Eyni zamanda beynəlxalq sərgilərdə Azərbaycanın hərbi sənaye potensialı nümayiş olunur".
SEYMUR
17/12/14 Çap et