Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Növbəti ilin yanvarından “gecə” dronları Hindistanın paytaxtına patrulluq edəcək


Dehli polisi dronların istifadəsinə əsaslanan təhlükəsizliyin təmini üzrə layihə işə salmağı planlaşdırır. “Times of India” nəşri yerli polisdəki mənbələrə istinadən yazır ki, artıq növbəti aydan layihəyə start verilə bilər.

Hər bir dron 3-4 km ərazini izləyərək 200 metr hündürlükdə uçacaq. Sürətli reaksiya komandaları (quick response teams) əldə edilmiş videoyazıları real vaxt rejimində izləyəcək və hadisələrə vaxtında müdaxilə edəcək.

"ICTnews" elektron xəbər xidməti “indostan.ru” saytına istinadən bildirir ki, bu addım hakimiyyətin ötən həftənin şok xəbərinə (“Uber” taksi xidmətinin sürücüsü qadını zorlayıb) reaksiyasıdır.

Bununla belə, dronların köməyi ilə ictimai təhlükəsizliyin qorunması proqramı şəxsi həyatın toxunulmazlığı ilə bağlı bir çox suallar doğurur.

Dehlidə pilot layihəsi uğurlu olduğu halda texnologiya Hindistanın başqa şəhərlərində də tətbiq ediləcək.

Emil Hüseynov




17/12/14    Çap et