Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet şirkəti 2014-cü ildə “startup”lara 425 milyon dollar investisiya yatırıb


Başa çatmaqda olan ildə “Google” internet şirkətinin investisiyalarının çox hissəsi “həyat haqqında elmlə” (Life Sciences) və səhiyyə ilə məşğul olan şirkətlərin payına düşüb.
 
2014-cü ildə 282 şirkət "Google Ventures” vençur fondundan 425 milyon dollar məbləğində investisiya alıb. Bunun 125 milyon dolları Avropa biznesinə yatırılıb. 16 maliyyələşdirilmiş şirkət, o cümlədən "Nest”, “Divide”, “Mitro”, “Loom” və “Luvocracy” satın alınıb və birjaya çıxıb.
 
“Google Ventures” fondunun sərəncamında ümumilikdə 1,6 milyard dollar var. 2015-ci ildə fond investisiya həcmini builki səviyyədə saxlamaq niyyətindədir.
 
“Google”un investisiya bölməsi tərəfindən 2014-cü ildə sərf edilən 425 milyon dolların 24 faizi korporativ səviyyəli həllərin və məlumat emalı alətlərinin hazırlanması ilə məşğul olan şirkətlərə verilib. Mobil və istehlak texnologiyaları sahəsində layihələr investisiyalarda müvafiq olaraq 27 və 8 faizlik paya sahib çıxıblar. Kommersiya sektorunun payı 5 faiz təşkil edib.
 
“Google Ventures” 2014-cü ildə vəsaitlərin ən çox hissəsini (36 faiz) tiblə bu və ya digər şəkildə əlaqəsi olan şirkətlərə və yeyinti sənayesi, biotexnologiyalar və biosənaye, diaqnostika, ətraf mühitin mühafizəsinin aid olduğu “Life Sciences”ə yönəldib.
 
Mayda “Google Ventures” Nyu-Yorkun xərçəng xəstəlikləri haqqında məlumatların toplandığı informasiya platforması hazırlayan "Flatiron Health” “startup”ına 100 milyon dollar yatırıb. “Google”dan daha çox vəsaiti taksi və ya “Uber” sürücüləri axtarışı, çağırılması və ödənişi servisi alıb.
 
“Google” şirkəti həmçinin qocalmanın tədqiqi ilə məşğul olan "Calico” və fərdi genetik sınaqlar üçün dəstələr təqdim edən "23andMe” şirkətlərində paya sahibdir.
 
2009-cu ildə təsis edilən "Google Ventures” vençur fondu müxtəlif istiqamətləri, o cümlədən alternativ energetika, tibb, kupon alışı servisini təmsil edən “startup” və perspektivli şirkətlərə sponsorluq edir.
 
Məlumat üçün bildirək ki, “Google” ABŞ internet şirkəti olmaqla bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda “Google” dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir.   
 
“Google” axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar “YouTube” videohostinqinin sahibidir, “Gmail” poçt servisi və “Google+” sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün “Android” əməliyyat sisteminin tərtibatçısıdır, “DailyComm




17/12/14    Çap et