Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” korporasiyası “iPhone 6” smartfonuna olan tələbatın öhdəsindən gələ bilmir
“iPhone 6” və “iPhone 6 Plus” smartfonlarına tələbat hələ də yüksəkdir. Pərakəndə satış nöqtələri indiyədək “Apple”ın yeni smartfonlarını satın almaq istəyənlərin hamısını təmin edə bilmir.
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Piper Jaffray”in analitiki Cin Manster aydınlaşdırıb ki, dekabrın 12-nə olan vəziyyətə görə, “Apple Store” mağazasında “iPhone 6” və “iPhone 6 Plus” modellərinin 56 faizi əlçatan olub. Noyabrın ortaları ilə müqayisədə, "alma" smartfonlarının əlçatanlıq səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb, amma hələ ki 100 faizə çatmayıb.
Cin Manster deyib ki, “iPhone” smartfonunun hər yeni nəsli ilə bağlı defisit müşahidə olunur. Yeni il öncəsi dövrdə elektronikanın satışı xeyli artır və problem kəskinləşir.
Ötən il “Apple” korporasiyası dekabrın əvvəlində “iPhone 5s”-in defisit problemini həll edib. Cari il balansa nail olmaq üçün daha çox vaxt lazım olacaq.
Emil Hüseynov
17/12/14 Çap et