Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda sanksiyalaşdırılmamış insidentlərin sayı azalmaqda davam edir


Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi  Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin statistikasına əsasən, ölkədə bu ilin noyabr ayı ərzində 149 sanksiyalaşdırılmamış insident qeydə alınıb.
 
"ICTnews" xəbər xidmətinin "www.cert.gov.az" saytına istinadən verdiyi məlumata görə, hesabat dövründə insidentlərlə bağlı açılmış sorğuların sayı 149, bağlanmış sorğuların sayı isə 128 olub. İnsidentlərin sayı oktyabr ayına nisbətən noyabrda 7,4 faiz azalıb. Qeyd edək ki, insidentlərin bu il pik həddə çıxması may ayında müşahidə olunub və bu mərhələdə ölkədə fəaliyyət göstərən dövlət qurumlarının resursları ilə bağlı 275  sanksiyalaşdırılmamış insident qeydə alınıb. Bu sahədə nisbi sakitlik isə avqust ayında müşahidə olunub, bu ay ərzində cəmi 124 sanksiyalaşdırılmamış insident qeydə alınıb.


Mərkəz tərəfindən Azərbaycanın müvafiq qurumlarına noyabr ayında 14 audit raportu göndərilib, oktyabr ayına nisbətən bu rəqəm iki dəfədən çox azalıb.


Noyabr ayında 12 yeni subdomen və 6 domen qeydə alınıb.


Aynur Vəliyeva
 

 
 




17/12/14    Çap et