Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” öz mobil ödəmə sistemini işə salacaq


“Samsung” korporasiyası mobil qurğular üçün öz ödəmə sistemini buraxmağa hazırlaşır. Bu haqda “Re/code” texnologiya bloqu yazıb.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, informasiyaya görə, “Samsung” layihə çərçivəsində “LoopPay” daxil olmaqla bir neçə ödəmə xidməti ilə danışıqlar aparır. Hələ heç bir razılıq əldə olunmayıb, amma Cənubi Koreya nəhəngi artıq “Apple Pay”a oxşar xidmətin prototipini yaradıb və 2015-ci ilin birinci yarısında hazır məhsulu işə salmağı planlaşdırır.

“Samsung”un həlli bu brendə məxsus smartfon və planşet sahiblərinə mağazalarda nağdsız üsulla alış-veriş etməyə imkan verəcək. Yeni həll haqda ətraflı informasiya yoxdur.

Emil Hüseynov
 
 




17/12/14    Çap et