Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”un veb-ofisi “LibreOffice” və “OpenOffice” formatlarını açacaq


Artıq "Google Docs", "Sheets" və "Slides" veb-əlavələrində "ODF" standartı dəstəklənir. İndi istifadəçilər .odt (mətn sənədləri), .ods (elektron cədvəllər) və .odp (təqdimatlar) genişlənməsinə malik faylları aça, redaktə edə və saxlaya bilərlər. Faylları həm əlavələrdən, həm də "Google Drive" qovluğundan açmaq olar.

"Google" şirkətindən bildirilib ki, yenilik istifadəçilərin arzusu ilə əlaqədar reallaşdırılıb.
 
"ICTnews" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, bundan əvvəl "Google" veb ofisi aşağıdakı fayl tiplərini dəstəkləyib: .doc, docx, .docm .dot, .dotx, .dotm, .html, .txt, .rtf (sənədlər); .xls, xlsx, .xlsm, .xlt, .xltx, .xltm, .csv, .tsv, .txt, .tab (cədvəllər) və .ppt, .pptx, .pptm, .pps, .ppsx, .ppsm, .pot, .potx, .potm (təqdimatlar).
 
İndi "OpenOffice", "LibreOffice" və başqa paketlərin istifadəçiləri "Google" veb əlavələrinin köməyi ilə öz sənəd, elektron cədvəl və təqdimatlarını asanlıqla redaktə edəcəklər.
 
Emil Hüseynov




18/12/14    Çap et