Kanada hökuməti istifadəçilərin izlənməsinə dair qanun layihəsini bəyənib
İstifadəçilərin izlənməsinə dair qanun layihəsi (Bill C-13) bir neçə il baxıldıqdan və müzakirə olunduqdan sonra nəhayət Kanada hökuməti tərəfindən bəyənilib.
Sənəd müəlliflərindən biri olan Kanada ictimai təhlükəsizlik naziri Piter Makkeyin sözlərinə görə, yeni qayda 2015-ci ilin martında qüvvəyə minəcək və internet cinayətlərinin qurbanlarının mühafizəsini lazımi səviyyədə təmin etməyə imkan verəcək.
"Bill C-13" hüquq-mühafizə orqanlarının təhqiqatlar zamanı səlahiyyətinin genişləndirilməsini nəzərdə tutur. Məhz bu, hüquq-mühafizə orqanlarının şəxsi həyat hüququnu pozmadan təhlükəsizliyi təmin etməyi vacib hesab edən sənəd əleyhdarlarının kəskin etirazına səbəb olub.
Sənədə müzakirə olunduğu dövr ərzində bir sıra dəyişikliklər edilib, o cümlədən qanun layihəsindən internet provayderlər tərəfindən istifadəçilərin aktivliyi haqqında hesabatın qanun keşikçilərinə təqdim olunması bəndi tamamilə çıxarılıb.
Bu bəndin əvəzinə isə kiçik internet şirkətlərinin dövlət tərəfindən informasiyanın toplanması və təhlili üçün əlavə maliyyələşdirmə mexanizmləri haqqında normalar əlavə olunub.
Bununla yanaşı, provayderlər hökumət ilə izləmə mexanizminin təşkilinin artıq üçüncü tərəfin mövcud alətləri vasitəsilə həyata keçirilə bilməsi ilə bağlı yekdil fikrə gəlib. Belə ki, provayderlərin məlumatına görə, bunun üçün "Cisco", "Juniper" və "Huawei" şirkətlərinin müvafiq həllərini almaq kifayət edir, - "
SecurityLab" yazır.