“6 Plus” adlı daha bir smartfon buraxılıb
“Huawei” şirkəti iki əsas kameraya malik "Honor 6 Plus” smartfon modelini təqdim edib.
Pekində nümayiş etdirilən qurğu 8 meqapikselli iki əsas kamera ilə təchiz edilib. Xatırladaq ki, bundan əvvəl iki əsas kameralı smartfonu “HTC” şirkəti də nümayiş etdirib. “HTC” və “Huawei”in matrisalarda istifadə etdiyi piksellərin ölçüləri də eynidir: 2 mikron müasir smartfonlar üçün yüksək göstərici hesab olunur. Piksel nə qədər böyük olsa, bir o qədər fotoşəkil keyfiyyətli çəkilər. Ön kamera da 8 meqapiksellik təsvir ölçüsünə malikdir ki, bu da şirkətə reklamda 888 şüarından (çinlilər üçün üçqat arzuya ekvivalentdir) istifadəyə imkan verib.
“Honor 6 Plus”da fotoşəkillərin redaktəsi funksiyaları arasında fokuslaşdırma nöqtələrinin dəyişdirilməsi, diafraqmanın f/0,95-dən f/16-dək simulyasiyası, eləcə də müxtəlif filtrlərin tətbiqi nəzərdə tutulub.
Korpusu metaldan olan smartfon 1920 x 1080 piksel təsvir ölçülü 5,5 düymlü ekranla təchiz olunub, səkkiznüvəli "Kirin 925” prosessoru ilə işləyir, eləcə də fiziki aktivlik üçün quraşdırılmış “I3” həmprosessoruna, 3 giqabitlik operativ və 32 giqabitlik quraşdırılmış yaddaşa, 3600 milliamper/saat tutumlu akkumulyatora malikdir.
Çində “Honor 6 Plus” iki versiyada təklif olunur. Qiyməti 2000 yuan təşkil edən kiçik versiya 16 giqabitlik yaddaşla təchiz edilib və qara və ağ rənglərdə tədarük edilir, eləcə də "3G” şəbəkəsini dəstəkləyir. Dəyəri 2500 yuana bərabər olan böyük model “NFC” çiplə təchiz edilib, məlumatları dördüncü nəsil “TD/FDD-LTE” mobil şəbəkəsi (yalnız Çində istifadə olunur) ilə saniyədə 300 meqabit sürətində (Cat 6) ötürməyə imkan verir. Model qara və ağ rənglərlə yanaşı, qızılı rəngdə də tədarük edilir, - "
Lenta” yazır.