İnternetdə ən təhlükəli kibertəhdidlər haqqında resurs istifadəyə verilib
"Kasperski laboratoriyası" şirkəti "Məqsədli kiberhücumların xronikası" adlı resurs istifadəyə verib. Saytda istifadəçilər internet məkanında bütün mürəkkəb məqsədli hücumlar ilə bağlı informasiya əldə edə bilərlər.
Qeyd olunur ki, 2014-cü ildə mürəkkəb məqsədli hücumlara məruz qalan təşkilatların sayı 2,4 dəfə artıb: son 12 ayda 55 ölkədə 4400 iri struktur kibercinayətkarların qurbanı olub. Qurbanlar arasında dövlət müəssisələri, səfirliklər, enerji şirkətləri, tədqiqat institutları, özəl investisiya şirkətləri və s. var.
Yeni resursda "Kasperski laboratoriyası"nın 28 məqsədli hücum, o cümlədən "Qırmızı oktyabr", "Stuxnet", "Maska", "Icefog", "Regin", "Darkhotel" və s. üzrə informasiyası sistemləşdirilib.
Saytın şəbəkə təhdidləri radarında kiberşirkətlərin hamısı gəmi şəklində müvəqqəti cədvəlin uzununa əks etdirilib. Gəminin şəklinin böyüməsi cinayətkarların əməliyyatı davam etdirməsini bildirir. Arxada uzanan izin uzunluğu ilk zərərli kod nümunələrinin tədqiqatın nəticələri açıqlanmazdan əvvəl aşkarlanmasını göstərir. Həmçinin rəng qradiyenti qurbanların sayını bildirir.
Servis həmçinin müxtəlif kiberşirkətlər arasında əlaqə və onlar haqqında ətraflı məlumatla – yoluxma coğrafiyası, zərərçəkənlərin sayı, zərərli proqramların yayılma üsulları, cinayətkarların məqsədi, eləcə də xarakter xüsusiyyətlər siyahısı ilə tanış olmağa imkan verir.
Hazırda ingilis dilində fəaliyyət göstərən "Məqsədli kiberhücumların xronikası" saytının rusdilli versiyasının 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur, - "
3DNews" yazır.