Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Virusdan yarım milyon dollar qazandılar


2015-ci ilin nəticəsinə görə, “TorrentLocker” virusu istifadəçilər üçün ən təhlükəli viruslardan biri olub. Hətta bu virusun antivirusun köməyi ilə silinməsi kompüterdəki faylların bərpasına kömək etmir. Çünki virus faylları etibarlı şəkildə şifrləyir və yalnız bir neçə yüz dollar əvəzində parol təklif edir.
 
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, virus satın alınmış malların trekinq-nömrələri və ya ödənilməmiş hesablara istinadlardan ibarət məktublarda yayılır.
 
Məktuba bərkidilmiş arxivdə ya virus, ya da “Word” fayl olub. Sonuncu açdıqda “Visual Basic” makros virus yükləyib və işə salıb.

Bundan sonra “TorrentLocker” kompüterdəki bəzi faylları şifrləyib. Yaxşı ki, sözügedən virus milyonlarla kompüterə müdaxilə etməyib. “ESET” antivirus şirkətinin məlumatına görə, yalnız 40 min fərdi kompüter bu virusa yoluxub.
 


40 mindən yalnız 1.5% istifadəçi, yəni təxminən 500 insan məlumatlarının puldan qiymətli olduğunu qərara alaraq “TorrentLocker” virusunun yaradıcılarının “Bitcoin” hesabına təxminən 500 min dollar köçürüb.
 
Emil Hüseynov
 

 




19/12/14    Çap et