Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Boeing” və “BlackBerry” avtomatik məhv olan telefon hazırlayır
“Bloomberg” nəşri yazır ki, “Boeing” və “BlackBerry” şirkətləri birgə müdaxilə zamanı avtomatik məhv olan casus telefonunun hazırlanmasına başlayıb.
"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, bu telefon ABŞ Müdafiə Nazirliyinin əməkdaşları və ölkənin daxili təhlükəsizliyi üçün nəzərdə tutulacaq.
"Boeing “Android” platforması ilə işləyən qurğuların təhlükəsizliyinin təmini üçün bizimlə əməkdaşlıq edir" – “BlackBerry”nin Direktorlar şurasının sədri Con Çeni deyib.
Emil Hüseynov
22/12/14 Çap et