Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” sürücüsüz avtomobillərinin istehsalı üçün tərəfdaş axtarır
“Google”un sürücüsüz avtomobilin yaradılması üzrə layihəsinin rəhbərləri “The Wall Street Journal” nəşrinə müsahibəsində bildiriblər ki, onların şirkəti avtomobil istehsalçısı olmaq niyyətində deyil. Onlar avtomobil istehsalçıları bazarında artıq mövcud və sabit tərəfdaş axtarır.
"ICTnews" elektron xəbər xidməti “ferra.ru” saytına istinadən bildirir ki, “Google” hələ ki onu qane edən tərəfdaş tapmayıb və buna görə İT nəhəngi öz mini-mobil prototiplərini hazırlamaq üçün bir neçə avtomobil komponentləri tədarükçüsünün xidmətindən istifadəyə məcburdur. Belə avtomobil nəqliyyatı saatda 25 mil sürətlə (40 km/saat) hərəkət edə bilər və ölkədaxili səfərlər üçün nəzərdə tutulub.
“Google” avtomobillərin istehsalı ilə məşğul olmamaq niyyətini belə izah edir ki, diqqətini yalnız proqram hissəsinə yönəltmək və nəticədə son dərəcə keyfiyyətli məhsul təqdim etmək niyyətindədir.
Emil Hüseynov
22/12/14 Çap et