Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” “SE790C” əyri monitor təqdim edəcək


“Samsung” şirkəti fərdi kompüterlər üçün “SE790C” yeni əyri monitor haqda rəsmi məlumat dərc edib. 

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Samsung” 34 düymlük “SE790C” əyri monitorunun texniki xüsusiyyətləri haqda ətraflı məlumat verib. Bu monitor “IFA 2014” sərgisində nümayiş edilib. Cənubi koreyalı vendor az rast gəlinən 3440×1440  piksel ölçülü (tərəflərin nisbəti 21,5:9) 34 düymlük əyri monitor istehsal edib.
 
Yeni modelin əsas fərqləndirici xüsusiyyəti onun istifadə etdiyi matrisadır. Belə ki, IPS paneli əvəzinə VA istifadə edilib.
 
Aynur Vəliyeva
 




22/12/14    Çap et