Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda biznes sektoru üçün nəzərdə tutulmuş elektron xidmətlər sahəsində müsbət dəyişikliklər müşahidə olunur


“Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi “Elektron xidmətlər və elektron hökumət infrastrukturunun qiymətləndirilməsi” hesabatını təqdim edib.
 
Hesabat 15 dövlət qurumunun saytının, vətəndaş və biznes sektoru üçün əhəmiyyət kəsb edən 30 elektron xidmətin monitorinqinin əsasında hazırlanıb.
 
Nəticələr göstərib ki, Azərbaycanda elektron hökumət sahəsində inkişaf var və elektron hökumətin mobil əlavələri paralel olaraq inkişaf edir. Elektron xidmətlərdən istifadə edənlərin sayı 1.5 milyon insan təşkil edib. Paralel olaraq elektron ödənişlər sahəsində də inkişaf müşahidə olunur və hazırda 30 elektron xidmətdən 14-ü onlayn şəkildə istifadəçiyə təqdim edilir, 6-sı elektron müraciət mərhələsinə kimi elektronlaşdırılıb, 10-u isə informativ xassəlidir, onlardan 3-ü ümumiyyətlə, elektron mühitdə təmsil olunmayıb.
 
 “Elektron hökumət” portalı vasitəsilə bir çox arayışların elektron şəkildə verilməsi üçün hazırlıq işləri görülür. Belə ki, yaşayış yerindən arayış, diplomlar barədə arayışların verilməsi, rabitə xidmət borcları, kommunal xidmətlər borcları haqqında arayışlar və digər xidmətlər elektron formada həyata keçiriləcək.

Aynur Vəliyeva
 




22/12/14    Çap et