Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gecələr planşetdən kitab oxumaq yuxu pozulmalarına səbəb olur
Yatmazdan qabaq işıq saçan elektron qurğuların (planşet və elektron qurğular) köməyi ilə kitab oxumaq insanın sağlamlığına, hər şeydən əvvəl onun orqanizminin bioloji saatına (gündəlik ritm) mənfi təsir göstərir.
Yatmazdan qabaq “iPad” planşetinin köməyi ilə kitab oxumuş tədqiqat iştirakçıları daha çox yatmış, onların orqanizmi daha az melatonin maddəsi ifraz edib və səhər yuxudan oyanmaq çox çətin olub. Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, ikihəftəlik tədqiqat zamanı altı nəfər beş gecə “iPad” planşetinin köməyi ilə, daha beş gecə isə kağız kitab oxuyub. Alimlər onların melatonin (yuxudan qabaq ifraz olunan hormon) səviyyəsini yoxlayıb və orqanizmin həyat fəaliyyəti üçün lazımi tez yuxu mərhələsinin müddətinə nəzarət ediblər. Planşetin köməyi ilə kitab oxuduqda daha az miqdarda melatonin maddəsi ifraz olunub və tez yuxu mərhələsi azmüddətli olub. Növbəti gün tədqiqat iştirakçıları özlərini çox yorğun hiss ediblər.
Sınaq zamanı “iPad” planşeti istifadə olunub, ancaq alimlər bildirib ki, digər planşetlərdən istifadə də eyni effekti verir. Yuxu pozulmalarına səbəb, ehtimal ki, ekranın işıq saçmasıdır. Məsələn, işıq saçmayan ekrana malik qurğular (məsələn, “Kindle”) yuxu pozulmalarına səbəb olmur.
Emil Hüseynov
24/12/14 Çap et