Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şimali Koreya 9 saatlıq fasilədən sonra internetə çıxışı bərpa edib


Koreya Xalq Demokratik Respublikası (KXDR) 9,5 saatlıq fasilədən sonra internetə çıxışı bərpa edib. Bu barədə şəbəkənin vəziyyətinin analizində ixtisaslaşan “Dyn Research” şirkəti məlumat verib.
 
Bağlantı Çinin "China Unicom” provayderi vasitəsilə bərpa edilib. Ölkədə internetə çıxış tam dayandırılmamışdan əvvəl dekabrın 21-də 24 saat ərzində qoşulmada fasilələr müşahidə olunub.
 
“Dyn Research” ekspertləri hesab edirlər ki, internetin kəsilməsi xaricdən kiberhücum nəticəsində baş verib.
 
KXDR-də internetə çıxış məhduddur. Bu hüquqa yalnız bir sıra vətəndaşlar, ö cümlədən partiya xadimləri və məmurlar, eləcə də bunun üçün rəsmi icazə alan təşkilatlar malikdir. Ötən il abunəçilərin ümumi sayı 2,1 min nəfərdən çox olmayıb, - "Lenta” yazır.




24/12/14    Çap et