Əfqanıstanın dövlət saytları kiberhücumlara məruz qalıb
"Threat Connect Intelligence Research Team" (TCIRT) təşkilatının mütəxəssisləri Əfqanıstanın kontentin çatdırılması üzrə yeganə şəbəkəsinin zərərli "Java" proqramının bütün rəsmi hökumət saytları vasitəsilə yaymaq məqsədilə "XSS" hücuma məruz qalmasını bildiriblər.
Hücumlar əsasən Xarici İşlər, Maliyyə, Ədliyyə, Qadın İşləri nazirliklərinə, eləcə də Avstraliyanın Əfqanıstandakı səfirliyinə qarşı təşkil edilib.
Ekspertlərin sözlərinə görə, "watering hole" hücumları Əfqanıstan baş naziri Abdulla Abdullanın Qazaxıstanda Çin hökumətinin rəhbəri Li Ketsyan ilə sənaye sahəsində ikitərəfli əməkdaşlıq məsələlərinin inkişafına həsr edilən görüşü ilə üst-üstə düşüb. Maraqlıdır ki, zərərli kodun olduğu iki rəhbərin fotoşəkilləri görüşdən bir neçə saat sonra dəyişdirilib.
Ekspertlərin fikrincə, Çin xüsusi xidmət orqanları Əfqanıstanın müxtəlif səviyyəli "web" saytları tərəfindən istifadə olunan şəbəkə infrastrukturundan istifadə etməklə zərərli proqramı dünyada ayrı-ayrı məqsədlər üçün yaymaq imkanı əldə edə bilərlər. Bu halda Əfqanıstan hökumətinin internet resursu yeganə gizli çıxış nöqtəsi ilə etibarlı platforma qismində istifadə oluna bilər, - "
SecurityLab" yazır.