Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda “İnnovasiya və ixtira, faydalı model və sənaye nümunələri" adlı sərgi işə başlayıb
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Resursları Mərkəzində bu gün “İnnovasiya və ixtira, faydalı model və sənaye nümunələri" adlı sərgi işə başlayıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sərgi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təşkil olunub.
”Yeni Fikir Müsabiqəsi 2015” layihəsi ilə və ya “Qafqaz Universiteti Texnoparkı” ilə əməkdaşlıqda maraqlı olan iştirakçılar sərgidə bu qurumların və bir sıra digər müəssisələrin stendləri ilə tanış ola bilərlər. Sərgi iki gün davam edəcək və dekabrın 25-də işini başa vuracaq.
Aynur Vəliyeva
24/12/14 Çap et