Tədqiqat: “Dünya əhalisinin 6 faizi internet asılılığından əziyyət çəkir”
Psixoloqlar internet asılılığını şəbəkədən istifadədə özünə məhdudiyyət qoya bilməmək bacarığı və sağlamlıq və fərdlərarası münasibətlərə mənfi təsirlə xarakterizə olunan məqsədlər üzərində nəzarətin pozulması kimi qiymətləndirirlər.
Honkonq Universitetinin mütəxəssisləri “Cyberpsychology, Behavior, and Social Networking” jurnalında internet asılılığının 31 ölkəni təmsil edən 89 min nəfərin anketinin analizinin nəticələri üzrə yayılmasına həsr edilən hesabat dərc ediblər. Hesabat müəlliflərinin hesablamalarına görə, dünya əhalisinin 6 faizi internet asılılığından əziyyət çəkir. Ən aşağı göstərici Şimali və Qərbi Avropada (2,6 faiz), ən yüksək Yaxın Şərqdə (10,9 faiz) qeydə alınıb.
Tədqiqatçılar qeyd edirlər ki, əldə olunan nəticələrə əsasən, regionda həyat tərzi nə qədər aşağı olsa, bir o qədər internet asılılığı yüksək olur. Bununla yanaşı, Şimali və Qərbi Avropa ölkələrində olduğu kimi, internetdən istifadə səviyyəsinin yüksək olmasının şəbəkə asılılığına gətirib çıxarması ilə bağlı fərziyyəni təsdiq edən sübutlar aşkarlanmayıb, - "
Computerworld” yazır.