Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vətəndaşların NƏZƏRİNƏ!


  Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun dekabrın  27-si saat 09:00-da Ağcabədi rayonunda (Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, İmişli, Xocavənd, Cəbrayıl) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu, eyni zamanda görüşlərdə qaldırılan məsələlərin icrası ilə bağlı videokonfransın keçirilməsi planlaşdırılır.

    Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
    Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar,  zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Ağcabədi rayonunda 275-52-99

Beyləqan rayonunda 225-32-33

Zərdab rayonunda 296-60-41

Füzuli rayonunda 315-53-73

İmişli rayonunda 246-60-05

Xocavənd rayonunda 225-21-22

Cəbrayıl rayonunda 384-37-08
 
 
nömrəli telefonlara zəng etmələri xahiş olunur.
 
 
 
 




25/12/14    Çap et