Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” autizm xəstəliyindən əziyyət çəkən uşaqlara kömək etdi
“Samsung” şirkətinin hazırladığı “Look At Me” adlı tətbiqin köməyi ilə autizm sindromundan əziyyət çəkən uşaqlar ətrafdakı insanlarla ünsiyyət saxlamağı öyrənə bilərlər.
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, autizm xəstəliyindən əziyyət çəkən uşaqlar çox vaxt yaşıdları, həmçinin doğmaları ilə ünsiyyətdən çəkinirlər. “Samsung” şirkəti tərəfindən həkim və alimlərlə birgə hazırlanmış tətbiq uşaqlara vizual əlaqə yaratmağı, həmçinin ətrafdakı insanların mimika və emosiyalarını başa düşməyi oyun formasında öyrətmək üçün nəzərdə tutulub.
Smartfonun kamerasının köməyi ilə başqa insanları da bu prosesə cəlb etmək olar. Məsələn, uşaq ananın şəklini çəkə bilər və tətbiq ona anasının sifətindəki emosiyaların izahına kömək edəcək.
Tətbiqin sınaq nəticələrinə əsasən, hansılar ki, 8 həftə ərzində sınaqlarda iştirak etmiş uşaqların 60 faizi daha yaxşı vizual əlaqə yaratmağı öyrəniblər.
Emil Hüseynov
25/12/14 Çap et