Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron hökumət çərçivəsində yeni portal yaradılıb


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Elektron hökumət” proqramı çərçivəsində  yeni portal yaradıb.

“ICTnews” xidmətinin məlumatına əsasən, “Data.gov.az” adlı yeni portal “Açıq Məlumatlar - Açıq Hökumət” təşəbbüsünün bir hissəsi kimi Azərbaycanın Elektron hökumət ayrıca bir elementidir.
 
“Data.gov.az” portalı vasitəsi ilə cəmiyyət dövlət orqanları tərəfindən yaradılan məlumatlar toplusunu asanlıqla tapmaq, yükləmək və istifadə edə bilir. Portal dövlət orqanlarının məlumatlar toplusunun təsviri, o cümlədən məlumatlar toplusuna və əlavə vasitələrə giriş tapmaq üçün informasiyanı özündə əks etdirir. Məlumatlar və məlumatlar toplusunun siyahısı müntəzəm olaraq təkmilləşdiriləcək.
 
“Data.gov.az” portalının müvəffəqiyyəti əhalinin nə dərəcədə portal və məlumatlarla işləməsinə cəlb olunmasından asılıdır. “Data.gov.az” portalının əsas məqsədi məlumatların istifadəsi və onların əsasında əlavələrin yaradılması vasitəsilə cəmiyyətə dövlət idarə edilməsində iştirak etmək imkanının yaradılması və hərtərəfli təhlil və tədqiqatların aparmasıdır.
 
Layihənin əsas məqsədi açıq dövlət məlumatlarına rahat giriş imkanının təşkili, əlavə dəyərin yaradılması -innovativ ideyaların rəğbətləndirməsi, təhlil və tədqiqatların asanlaşdırılması, hökumət işinin şəffaflığı, dövlət orqanlarının effektliyinin və səmərəliliyinin artırılmasıdır.
 
Aynur Vəliyeva
 




25/12/14    Çap et