Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sinqapurda sürücüsüz avtomobil şəbəkəsi yaradılacaq


Sinqapurlu mütəxəssislər artıq yaxın vaxtlarda öz sürücüsüz hərəkət edən avtomobil texnologiyasını təcrübədə tətbiq etməyi planlaşdırır.
 
“Engadget” resursu yazır ki, sinqapurlu mühəndislər Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri ilə birgə növbəti il şəhər rayonlarının birində sürücüsüz hərəkət edən avtomobil şəbəkəsini işə salmağı planlaşdırırlar.
 
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, bu avtomobillərdən taksi kimi istifadə olunacaq və sərnişinləri bir neçə təyinat nöqtəsi arasında daşıyacaq. İstehsalçıların fikrincə, belə avtomobil şəbəkəsi yol trafikini boşaldacaq ki, bu da Sinqapur üçün aktual məsələdir. Bu ölkədə 1 kvadrat kilometrdə əhalinin sıxlığı 7000-dən çoxdur.
 
Bundan başqa, avtonom taksi aeroport və ya vağzallarda sərnişin və ya yükün daşınmasında istifadə edilə bilər.
 
Emil Hüseynov
 
 




26/12/14    Çap et