Tibb xidmətləri portalı 70 faizlik güzəşt təqdim edəcək
“Doctormap.az” tibb xidmətləri portalı əhalini yüksək keyfiyyətli və eyni zamanda sərfəli xidmətlərlə təmin etmək məqsədilə sosial proqramın reallaşdırılmasına başlayıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, proqram çərçivəsində portalın istifadəçiləri Bakıda tibb xidmətlərindən 70%-dək endirimlə istifadə edə bilərlər.
Bununla yanaşı, özəl klinikalarda və “Doctormap.az” portalı ilə əməkdaşlıq edən həkimlər tərəfindən pulsuz müayinə üzrə kampaniyaların da keçirilməsi nəzərdə tutulub.
“Portal istifadəçiləri üçün müayinə və ilkin diaqnostika üzrə daha əlverişli şəraitin yaradılması üçün biz bu proqrama bir sıra klinikaları da cəlb etmişik. Hazırda cəlb olunan klinikaların sayının artırılması üzrə danışıqlar aparılır və yaxın zamanda əhalinin yararlana biləcəyi sərfəli və yüksək keyfiyyətli səhiyyə xidmətlərini daha da genişləndirmək fikrindəyik” - deyə “Doctormap.az” portalından bildiriblər.
Qeyd edək ki,
“Doctormap.az” sosial proqramına portalının hər bir istifadəçisi qoşula bilər.
Aynur Vəliyeva