Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2015-ci ilin birinci yarısında “USB 3.1” texnologiyasının kütləvi tətbiqi gözlənilir


“DigiTimes” nəşri yazır ki, növbəti il elektronika bazarında “USB 3.1” texnologiyasının kütləvi yayılması gözlənilir.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “USB 3.1” standartı məlumatların 10 Qbit/s sürətlə ötürülməsi imkanını təmin edir və kabel vasitəsilə qurğulara 100 Vattadək enerji ötürməyə etməyə imkan verir ki, bu da noutbuk və ya periferiya avadanlığının enerji ilə doldurulmasına kifayətdir.
 
Mənbənin məlumatına görə, 2015-ci ilin birinci yarısında “USB 3.1” interfeysinə uyğun elektronikanın tədarükündə artım qeydə alınacaq.
 
Məlumata görə, 2015-ci ildə yeni noutbukların əksəriyyəti zavoddan “USB 3.1” konnektorları ilə təchiz ediləcək.
 
Emil Hüseynov
 
 
 




26/12/14    Çap et