Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ağıllı” plastır klinikalarda böyükhəcmli texnikanı əvəz edəcək


İsveçrə istehsalı olan “LifeWatch VSP” “ağıllı” plastırları  ABŞ-ın Qida məhsulları və dərman keyfiyyətinə sanitar nəzarət idarəsi tərəfindən bəyənilib. Bu da yaxın zamanda onun Amerika bazarına təqdim edilməsinə imkan verir.
 
“ICTnews” xəbər xidmətinin  “www.ferra.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu, plastır şəklində olan qurğudur və EKQ göstəriciləri götürmək üçün nəzərdə tutulan datçiklərdən ibarətdir. Qurğuya bərkidilmiş batareya yeddi gün ərzində məlumat toplamağa imkan verir.
 
Avadanlıq klinikalar üçün nəzərdə tutulub və pasientlərin əsas göstəricilərini toplayan çoxlu tellərlə təchiz edilmiş böyük həcmli aparatı əvəz edir.
Həkimin bu yapışqan plastırı pasientin bədəninə yapışdırmaq yetər ki, qurğu xəstəni narahat etmədən məlumat toplasın. “LifeWatch VSP” bazara 2015-ci ilin birinci yarısında çıxarılacaq.
 
Aynur Vəliyeva




27/12/14    Çap et