Kuba domen məkanında populyarlaşır
Ötən həftə ABŞ Prezidenti Barak Obama Kuba hökuməti ilə münasibətlərə yenidən baxmaq haqqında bəyanat verdikdən sonra istifadəçilər domen adları qeydiyyatçılarına ada dövlətin adı ilə bağlı domenləri qeydiyyatdan keçirmək üçün müraciət etməyə başlayıblar.
“Verisign” şirkətinin məlumatına görə, prezidentin bəyanatından sonra gün ərzində adında “cuba” sözünün olduğu 1,5 mindən çox domen ".COM” və “.NET” domenlərində qeydiyyatdan keçirilib.
Bundan başqa, Kuba paytaxtının adı ilə eynilik təşkil edən “Havana” sözünün yer aldığı 300-ə yaxın domen qeydiyyata alınıb. Həmçinin adada istehsal olunan ən populyar məhsul – siqarlar da kənarda qalmayıb. Belə ki, “Verisign” "SendCubanCigars.com” tipli domenlərə böyük marağın olmasını qeyd edir.
Kuba ilə bağlı domen adlarının sayına görə lider bir nəfər – 1998-ci ildən başlayaraq bu tematika ilə bağlı 2,5 min ada malik olan domen investoru və broker Rob Sekuindir. Qırx domen adında, o cümlədən “HavanaJournal.com” domenində ABŞ və Kuba arasında münasibətlərin mümkün bərpası ilə bağlı xəbər yayıldıqdan sonra istifadənin beş dəfə artdığı saytlar yerləşir, - "
IT Expert” yazır.