Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Kodak” şirkəti “CES 2015” sərgisində öz smartfonunu nümayiş etdirəcək
Dünyanın tanınmış fototexnika istehsalçısı “Eastman Kodak” mobil qurğular bazarına çıxır. İlk smartfon növbəti ilin yanvarında ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək “CES 2015” sərgisində nümayiş etdiriləcək.
"ICTnews" elektron xəbər xidməti “http://apptractor.ru” saytına istinadən bildirir ki, “Kodak” smartfon istehsalı açmağı planlaşdırmır. Qurğuların istehsalı ilə tərəfdaşı “Bullitt Group” şirkəti məşğul olacaq. İndi bu şirkət “Kodak” ilə birgə smartfon, planşet və kamera istehsal edəcəklər. “Bullitt Mobile”in baş direktoru Oliver Şulte şirkətlərin planını açıqlayıb:
“Kodak” dünyanın ən tanınmış brendlərindən biridir. Bu brend istehlakçıların etibarını qazanıb, yenilik və keyfiyyətinə görə qiymətləndirilir. Biz bu imkandan istifadə edərək cazibədar qurğular seriyası yaratmaq istəyirik.
Emil Hüseynov
29/12/14 Çap et