Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows XP” hələ də öz populyarlığını itirmir


“Windows XP” əməliyyat sisteminin dəstəyi hələ cari ilin aprelində
“Microsoft” korporasiyası tərəfindən dayandırılıb.

Bununla belə, sözügedən platforma hələ də populyarlığına görə ikinci masaüstü əməliyyat sistemi olaraq qalır.
 
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, 2014-cü ilin dekabrına olan statistikaya görə, “Windows 7” əməliyyat sistemi (ƏS) ən populyardır. Bu sistem kompüterlərin 54,34 faizinə quraşdırılıb. “Windows XP”-nin bazar payı tədricən azalır, bununla belə hələ də istifadəçilərin 13 faizi məhz bu sistemə üstünlük verir.
“Microsoft”un yeni “Windows 8.1” əməliyyat sisteminin bazar payı 12,96 faiz təşkil edir. Çox güman ki, bu platforma tezliklə “Windows XP”-ni ötərək ikinci pilləni tutacaq.
 
Dördüncü pillədə 8,81 faiz bazar payına malik “Apple OS X” əməliyyat sistemi qərarlaşıb.
 
“Linux” platformasının bazar payı 1,39 faizdir.
 
Ümumilikdə, bütün əməliyyat sistemi bazarının 88 faizdən çoxu “Windows” ƏS-nin müxtəlif versiyalarının payına düşür.
 
Emil Hüseynov





29/12/14    Çap et