Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İSİ-də yaradılmış ürək-damar sisteminin smartfonlar vasitəsilə monitorinqi “AKGUN Software” məhsullarının tətbiq edildiyi klinikalarda birgə işlənəcək


“AKGUN Software”  şirkətinin məhsullarının tətbiq edildiyi klinikalarda AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) yaradılmış  ürək-damar sisteminin  smartfonlar vasitəsilə monitorinqi sisteminin birgə işlənməsi barədə ilkin razılığa gəlinib. Danışıqlar İSİ-də aparılan görüşdə baş tutub.
 
 İnstitutdan verilən məlumata görə, şirkətin meneceri və Azərbaycan-Türkiyə Sənayesi İş Adamları Beynəlxalq Cəmiyyətinin (TUSİAB) şöbə müdiri Yüksel Akgun və  “AKGUN Software”  şirkətinin Rusiya və Belarus təmsilçisi  Tapdıq Xəlilov İSİ-də son illərdə yaradılmış innovasiya yönümlü real tətbiqi əhəmiyyətli layihələrlə yaxından tanış olublar.
 
 Eyni zamanda qonaqlar “noise monitoring” nəzəriyyəsi əsasında yaradılmış və neft sənayesində tətbiq olunmuş sistem və qurğuların iş prinsipi ilə tanış olmuş və bu sistemlərin digər ölkələrdə tətbiqi imkanları barədə fikir mübadiləsi aparıblar. İSİ-də yaradılmış sistemlərin təqdimatının “AKGUN Software” şirkəti və TUSİAB-ın dəstəyi ilə xarici şirkət nümayəndələrinin iştirakı ilə beynəlxalq konfransın  keçirilməsi təklifi irəli sürülüb. Danışıqların  2015-ci ilin yanvar ayında davam etdirilməsi qərara alınıb.
 
 
Həqiqət İSABALAYEVA




29/12/14    Çap et